Paytaxtın Xəzər rayonu, Maştağa şosesində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az xəbər verir.
“Subaru” markalı maşın şosedə hərəkətdə olan zaman, köməkçi yoldan çıxan “Nissan” markalı atomobillə toqquşub. Nəticədə hər 2 nəqliyyat vasitəsinə ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırma aparılır.
[caption id="attachment_73571" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]