Paytaxtın Xəzər rayonu, Maştağa qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Nəqliyyat vasitəsi yüksək sürətlə hərəkətdə olan zaman əks istiqamətə çıxaraq öncə yolun kənarında dayanan piyadaya, daha sonra isə avtomobillərə çarpılıb. Nəticədə piyada ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="426" height="274" mp4="https://bakuplus.az/storage/photos/2023/04/video_2023-04-15_13-40-57.mp4"][/video]