Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində marketdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Saatlı rayon sakini İbrahim Alməmmədov və İmişli rayon sakini Mirsaleh Mirbabayev mağazanın seyfindən 80 AZN, işçinin çantasından isə 750 AZN oğurlamaqda şübhəli bilinir.
Onlar barəsində araşdırmalar davam edir.