Paytaxtın Sabunçu rayonunda piyadanın iştirakı ilə avtoqəza baş verib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
22 yaşlı Mirkazım Ağayev Maştağa qəsəbəsində avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.