Sabunçu rayonu, Maştağa qəsəbəsində sakin itkin düşüb. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Əli Kasıyev 10 yanvar tarixində adıçəkilən qəsəbənin Xanlar küçəsində yerləşən yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Hazırda onun axtarışları davam edir.