Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
17 yaşlı Fərid Mustafayev yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
Onun axtarışları polis əməkdaşları tərəfindən həyata keçirilir.