Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində ana və 4 uşağı itkin düşüblər. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Qəsəbə sakini Ağazaman Salamzadə polisə müraciət edərək bildirib ki, oktyabrın 4-də onunla eyni ünvanda yaşayan arvadı Qızxanım Salamzadə övladları – 19 yaşlı Əbil Salamzadə, 17 yaşlı Aysun Salamzadə, 15 yaşlı Aynişan Salamzadə və 13 yaşlı Səadət Salamzadə ilə birlikdə yaşadıqları ünvandan çıxıb və geri qayıtmayıblar.
Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.