Sabunçu rayonunda bir nəfər öz qohumunu bıçaqlayıb. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsində baş verib. 37 yaşlı Rahib Niyyətov onunla birgə yaşayan bibisi oğlu, 30 yaşlı Orxan Hümbətovu mübahisə zamanı bıçaqlayıb. Nəticədə sonuncu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.