Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində evlərin birindən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə noyabrın 4-də baş verib. Qəsəbə ərazisində olan evin həyətindən 3000 manat dəyərində generator və təmir alətləri oğurlanıb. Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.