Sabunçu rayonunda evdən meyit tapılıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsinin Mehdi Hüseynzadə küçəsi, 27 ünvanında baş verib. Yaşayış yerində 55-60 yaşlarında şəxsiyyəti məlum olmayan kişi meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.