Sabunçu rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 33 yaşlı Cavid Cəfərov yaşadığı ünvanda özünü asıb. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.