Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. 40 yaşlı İlkin Məmmədov münaqişə zamanı qaynı Sərxan Namazovu bıçaqlayıb. Nəticədə yaralı xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.