Sabunçu rayonu, Maştağa qəsəbəsində soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş F.Hacıyev adıçəkilən qəsəbə ərazisində 1000 AZN dəyərində qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.