Sabunçu rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
58 yaşlı Maştağa qəsəbə sakini, narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev 50 yaşlı həmyerlisi Roman Əsgərovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırma aparılır.