Sabunçu rayonunda dükan talayan şəxs tutulub. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş Fərhad Hacıyev qızıl dükanından 1000 AZN dəyərində üzük və sırğanı ələ keçirib. O, ifadəsində yaşadığı Qaradağ rayonu Sahil qəsəbəsindən soyğunçuluq məqsədilə gəldiyini deyib.
Onun barəsində araşdırmalar davam edir.