Sabunçu rayonu, Maştağa qəsəbəsində qazanxanadan oğurluq edilib. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəzənfər Quliyev adıçəkilən qəsəbə ərazisində qazanxanadan 13.000 AZN dəyərində kombi və qazanxana avadanlıqları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.