Sabunçu rayonunda partlayış olub. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsində baş verib. Bildirilir ki, evlərin birində qaz sızması nəticəsində partlayış baş verib, daha sonra evdə yanğın başlayıb. Nəticədə ev sahibi, 60 yaşlı İlqar Əliyev yanaraq ölüb.
Faktla bağlı araşdırmalar davam edir.