Abşeron və Yasamal rayonları ərazilərində marketlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Üç marketdən ümumilikdə 615 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Daşqın Abdullayev, Taryel Təhməzov və bir qadın saxlanılıblar.
Polis əməkdaşları tərəfindən araşdırmalar davam edir.