Bakı metrosunda ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə metronun “Memar Əcəmi” stansiyasında baş verib. 60-70 yaşlarında sərnişin qadın qəfil relslərin üzərinə düşüb. Hadisə yerinə metro, polis və Təcili Tibbi Yardım əməkdaşları cəlb olunublar. Qadın qatar yolundan çıxarıldıqdan sonra onun öldüyü təsdiqlənib.