Bakı metrosunda sərnişinlərdən birinin halı pisləşib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Metronun “Elmlər Akademiyası” stansiyasında epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkən qadın özünü pis hiss edib. Metro və polis əməkdaşları ona ilkin tibbi yardım göstəriblər.
Daha sonra metropoliten əməkdaşları xanım sərnişin üçün təcili tibbi yardım briqadasını çağırıblar.
Vəziyyəti stabilləşəndən sonra sərnişin yoluna davam edib.