Bakının Qaradağ rayonunda, “Meyvəli” bazarının yaxınlığında ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
35 yaşlı Saleh Cəbrayılovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bədəl Bədəlovun idarə etdiyi “Lada Priora” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində Bədəlov dünyasının dəyişib. Faktla bağlı cinayət işi açılıb.