Qaradağ rayonunda oğul valideyninin evini yandırmaqda şübhəli bilinir. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Ümid qəsəbəsində baş verib. 32 yaşlı şəxs valideyninə məxsus ərazidə yerləşən evi yandırmaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.