Bakının Nəsimi rayonunda hərbi sursat tapılıb. Bu haqda bu gün, 15 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə olan mülki vətəndaşlar təxliyə edilib.
Baxış zamanı 2 ədəd elektrik detonatoru və 1 ədəd UZRQM partladıcısı aşkar olunub. Tapılan silah-sursat ərazidən kənarlaşdırılıb.
Əməliyyat zamanı həmin sahədə başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
[caption id="attachment_52614" align="alignnone" width="800"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]