Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində evdən oğurluq edilib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, evlərin birindən 3100 manat pul və 3300 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Mehman Süleymanov və Baloğlan Mehtiyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.