Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mahir Bəhmənov saxlanılıb.
O, qəsəbə ərazisində apteklərin birindən 2100 manat pul oğurlamaqda şübhəli bilinir.