Suraxanı rayonu, Əmircan qəsəbəsində oğlan şagirdin bacıları onun sevgilisini döyüblər. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Belə ki, oğlanın bacıları 97 nömrəli tam orta məktəbin 10-cu sinfində oxuyan qıza onların qardaşından əl çəkməsini tələb edib, hətta oğlanın başqa sevgilisi olduğunu bildiriblər. Bacılar özləri ilə oğlanın digər sevgilisini də gətiriblər. Nəticədə mübahisə baş verib və 10-cu sinif şagirdi döyülüb.
Məktəb direktorunun təhsil ocağında olmadığı, şagirdlərlə maraqlanmadığı bildirilir.