Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində evdən oğurluq edilib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, fevralın 10-da evlərin birindən mobil telefon oğurlanıb.
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Ramin Fərzəliyev saxlanılıb.
Əlavə olaraq, ondan 1 kiloqram 85 qram metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.