Səbail rayonu, Təbriz Xəlil Rza oğlu küçəsində, “MUM” ticarət mərkəzinin yaxınlığında 6 mart axşam saatlarında yanğın hadisəsi baş verib. Bu haqda Bakuplus.az məlumat verir.
Verilən məlumata əsasən, yanğın binanın zirzəmi hissəsində qeydə alınıb. Zirzəmidə yığılan tullantıların alışması tüstülənməyə səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, xəsarət alan olmayıb.