Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospektində piyadanı avtomobil vurub. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
28 yaşlı Elşən Babayev yolu keçən zaman onu avtomobil vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.