Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospektində avtomobil reklam lövhəsinə çarpılıb. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Hyundai” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarındakı reklam lövhəsinə çarpılıb. Nəticədə sürücü və sərnişin ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam edir.
[URIS id=82709]