Bakının Yasamal rayonu ərazisində, Nəriman Nərimanov heykəlinin yaxınlığında irigövdəli ağac qırılıb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az məlumat verir.
Ağac qırılaraq “Nəlbəki” kafesinin terrasında olan tent konstruksiyasının üzərinə aşaraq onu zədələyib.
Hadisə yerinə müvafiq kommunal qurumların qəza xidməti çağırılıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/07/bakuw22.mp4"][/video]