Nərimanov rayonunda sexdə yanğın baş verib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 140 kv.m olan sex 30 kv.m sahədə alışıb. Nəticədə 1 ədəd soba və taxtadan olan qəliblər kül olub. Sexin digər hissələrinə və ətrafın infrastrukturuna ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.