Paytaxtın Nərimanov rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun Möhsün Sənani və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib. İdarəetmədən çıxan “Opel” markalı nəqliyyat vasitəsi “Toyota”ya çarpılıb. Sonuncu isə “Kia” markalı avtomobillə toqquşub.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_98069" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]