Bakının Nərimanov rayonunda yaşayış evində yanğın olub. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.