Paytaxtın Nərimanov rayonunda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyatlar zamanı rayon ərazisindən ümumilikdə 36 nəfər saxlanılıb, 9 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb. Onlardan biri - Uralcan Mustafayev narkotik maddələri İran vətəndaşından onlayn yolla aldığını bildirib.
Aşkar olunan faktlarla bağlı araşdırmalar davam edir.
