Paytaxtın Nərimanov rayonunda piyadanı avtomobil vurub. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Avtomobil yolunu keçən 35 yaşlı Kamilə Quliyevanı nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.