Paytatxın Nərimanov rayonunda obyektdən içərisində külli miqdarda pul olan seyf oğurlanıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Burxan Əliyev və Orxan Əliəkbərov xəzinədarın otağından içərisində 63.000 manat olan seyf oğurlayıblar. Daha sonra onlar, Mehdiabad qəsəbəsində B.Əliyevin evində seyfi sındırıblar.
Hadisə anı təhlükəsizlik kameralarına düşüb. Onlar şübhəli şəxs qismində saxlanılıblar.
Araşdırmalar davam edir.
[caption id="attachment_31586" align="alignnone" width="968"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]