Paytaxtın Nərimanov rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş A.Mamedov adıçəkilən rayon ərazisində dayanan “Mercedes” markalı avtomobildən 1500 AZN oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.