Paytaxtın Nərimanov rayonunda avtomobildən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Tural Mehdiyev “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq içərisindən 2700 AZN oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.