Paytaxtın Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Niva” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman qəfil əyləci sıxıb. Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çarpılıb. Nəticədə ağac qırılıb, sürücü isə xəstəxanaya yerləşdirilib. Onun sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.