Nərimanov rayonunda bank hesabından pul oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Abşeron rayon sakini Valeh Qənbərov Bakı şəhər sakini olan bir nəfərin bank kartından 1100 AZN pul oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.