Paytaxtın Nərimanov rayonunda gənc oğlanı avtomobil vurub. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Ziya Bünyadov prospektində baş verib. 19 yaşlı Aqşin İsmayılov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada ayaq sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.