Paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 1 dekabr tarixində APA məlumat yayıb.
“Hyundai” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən, sürücü idarəetməni itirib. Nəticədə eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Sonuncunun sərnişini xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.