Nərimanov rayonunda köşkdən oğurluq edilib. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Ə.Əliyev küçəsində baş verib. Bakı şəhər sakini Elnur İsayev köşkdən 500 AZN pul və 2500 AZN dəyərində tütün məmulatları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmaya başlanılıb.