Paytaxtın Nərimanov rayonunda silah alverçisi tutulub. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Ceyhun Kipçatov sosial şəbəkələrdə cinayətkarlığı təbliğ etdiyi üçün saxlanılıb. Saxlanılan zaman onun çantasında 1 ədəd “Kalaşnikov” markalı silah və ona aid patronlar aşkar edilib. Şübhəli şəxs silahı satmaq üçün özündə saxlağını bildirib.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_98221" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]