Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, binanın 3-cü mərtəbəsinin dəhlizində taxta konstruksiyadan ibarət köməkçi otaq yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Xilasedici qrup tərəfindən 3 nəfər təxliyə olunub.
Yanğın söndürülüb, mənzillər yanğından mühafizə olunub.