Paytaxtın Nərimanov rayonunda kişi meyiti aşkarlanıb. Bu haqda 6 may tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayon ərazisində yerləşən mənzillərin birində 1 nəfərin bağlı qapı arxasında qaldığı barədə FHN-ə məlumat daxil olub. Əməkdaşlar giriş qapısını açdıqda, içəridə 36 yaşlı Şamil Əliyevin meyitini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.