Paytaxtın Nərimanov rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Qədirov saxlanılıb. Onun üzərində 40 qramdan artıq heroin və 47 qrama yaxın metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırmalar davam edir.