Paytaxtın Nərimanov rayonunda narkotik alverçilərinə qarşı əməliyyatlar keçirilib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyatlar nəticəsində son 1 ay ərzində ümumilikdə 18 nəfər saxlanılıb, 5 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər narkotikləri İran vətəndaşından onlayn yolla aldıqlarını bildiriblər.
Onların hər biri ilə bağlı araşdırmalar aparılır. Əməliyyatlar davam edir.