Paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Emil Məmmədov “Prius” markalı avtomobillə “STOP” nişanına məhəl qoymayıb və yol kəsişməsinə girib. Bu zaman digər yolda hərəkət edən “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü əyləci sıxsa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Nəticədə 1 nəfər qadın sərnişin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
[URIS id=83956]